70
Bakı, AzerVoice
Türkiyənin Qaziantep vilayətində 3.9 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) verdiyi məlumatda deyilir.
İlkin məlumatlara görə, zəlzələ saat 18:56-da baş verib. Yeraltı
təkanın 10.05 kilometr dərinlikdə olduğu bildirilib.
Zəlzələ ətraf vilayətlərdə də hiss edilib. Hazırda hər hansı bir
tələfat və ya maddi ziyanla bağlı rəsmi açıqlama verilməyib.