BAKI,
AzerVoice
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, rəsmi
səfər üçün Ankarada olan Rusiya Federasiya Şurasının sədri
Valentina Matviyenko ilə görüşüb.
AzerVoice xəbər verir ki,görüş zamanı
tərəflər Türkiyə-Rusiya münasibətləri, regional və qlobal məsələlər
barədə müzakirələr aparıb. Kurtulmuş, iki ölkə arasında strateji
əməkdaşlığın uzun müddətdir davam etdiyini və ticarət həcminin 100
milyard dollara çatdırılmasının əsas hədəflərindən biri olduğunu
vurğulayıb.
Rusiya-Ukrayna Münaqişəsi və Türkiyənin Rolu
Kurtulmuş bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında
müharibənin ilk günündən bəri sülh yolunu dəstəkləyib. "Bu müharibə
təkcə iki ölkə arasında deyil, həm də Rusiya ilə bütövlükdə Qərb
arasında potensial qarşıdurmaya çevrilib. Türkiyə, hər iki tərəflə
danışa bilən ölkə kimi müzakirələrin davam etdirilməsinə və sülh
yolunun açıq qalmasına böyük əhəmiyyət verir."-deyə o bildirib.
Suriya və Regional Sabitlik
Kurtulmuş, Suriyada illərdir davam edən münaqişəyə toxunaraq,
Türkiyənin bu məsələdə üç əsas gözləntisinin olduğunu bildirib:
“Suriya ərazi bütövlüyünün qorunması,Bütün qrupların təmsil
olunduğu inklüziv siyasi sistemin qurulması və sonuncu da İŞİD,
PYD/YPG və digər terror qruplaşmalarının tamamilə ləğvi”- deyə o
qeyd edib.
O, Rusiyanın Suriyanın yenidən qurulması və şəhərlərin bərpası
prosesinə töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
Fələstin məsələsi və İsrailin təcavüzü
Kurtulmuş, İsrailin Qəzzada və İordan çayının qərb sahilində həyata
keçirdiyi hücumları "barbarlıq və soyqırım siyasəti"
adlandırıb.
"Fələstin tamamilə fələstinlilərə məxsusdur, Qəzzə isə sonuna qədər
Qəzzəlilərin torpağı olaraq qalacaq."İki dövlətli həll yeganə çıxış
yoludur və Rusiyanın bu həlli dəstəkləməsi bizi məmnun edir.”-deyə
o bildirib.
Rusiya və Ukrayna arasında sülhün təmin edilməsi üçün hər cür dəstəyə hazırıq- TBMM sədri
72