Bakı,AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya Haşimilər Krallığının vəliəhdi Hüseyn bin Abdullahı qəbul edib. Görüşdə Türkiyə ilə İordaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
AzerVoice xəbər verir ki, görüşdə Türkiyə ilə İordaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Kompleksində bağlı qapılar arxasında keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Ərdoğan görüş zamanı Türkiyə ilə İordaniya arasında köklü əlaqələrə malik olduğunu, əlaqələrin inkişafı üçün iki ölkə arasında əməkdaşlığın və koordinasiyanın artırılmasının vacib olduğunu bildirib.
Həmçinin, Ərdoğan Qəzzanın yenidən qurulması üçün gecikmədən qollarını çırmağın lazım olduğunu bildirib.
Tərəflər görüşdə Türkiyə ilə İordaniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və Fələstinə dəstək üçün birliyin əhəmiyyəti barədə razılığa gəliblər.3