Əsas səhifə » Türkiyə və Fransa regional məsələləri müzakirə ediblər

Türkiyə və Fransa regional məsələləri müzakirə ediblər

Bakı, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə rabitə nazirliyi məlumat verib.

Məlumata görə, Ərdoğan, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini bildirib. Ərdoğan, bir neçə dəfə döyüşən tərəfləri danışıqlar masasına oturtmağı bacaran bir ölkə olaraq, sülh danışıqlarına ev sahibliyi etməklə öz töhfəsini verə biləcəyini bildirib.

Bununla yanaşı Ərdoğan, fələstinlilərin Misirə, İordaniyaya və ya başqa üçüncü ölkəyə köçməsi planının qəbuledilməz olduğunu vurğulayıb.

Prezident Ərdoğan və Fransa prezidenti Makron iki NATO müttəfiqinin lideri olaraq yeni dövrdə daha koordinasiyalı şəkildə işləmək barədə razılığa gəliblər.

Digər Kateqoriyalar

2025 © Azervoice