Əsas səhifə » Türkiyə və Rusiya ikitərəfli əməkdaşlığı müzakirə edəcək

Türkiyə və Rusiya ikitərəfli əməkdaşlığı müzakirə edəcək

Bakı, AzerVoice

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov sabah Türkiyə Xarici İşlər Naziri Hakan Fidan ilə sabah paytaxt Ankara-da bir araya gələcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fidanın Rusiya həmkarı ilə edəcəyi görüşdə, əsasən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlıq məsələləri ətraflı şəkildə müzakirə olunacaq.

Görüşdə, Ukraynadakı müharibənin diplomatik səylər vasitəsilə ədalətli və davamlı bir sülh ilə sona çatdırılması fikrinə toxunulacaq, ABŞ ilə Rusiya arasında həyata keçirilən son əlaqələr və Türkiyənin prosesi dəstəkləyə biləcəyi töhfələr qiymətləndiriləcək və 2022-ci ilin mart ayında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin, gələcək günlərdə də bu rolu öz üzərinə götürməyə hazır olduğu vurğulanacaq.

Bununla yanaşı, Suriya və Orta Şərqi də əhatə edən regional və beynəlxalq məsələlər ətraflı şəkildə müzakirə olunacaq.

Qeyd edək ki, Lavrov, Türkiyəyə son ziyarətini ötən ilin 18 oktyabr tarixində 3+3 Regional Əməkdaşlıq Platformu toplantısı çərçivəsində etmişdi.

Hakan Fidan, Lavrovla ən son 20 fevral G20 Xarici İşlər Nazirliyi Görüşləri çərçivəsində Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində görüşmüşdü.

Digər Kateqoriyalar

2025 © Azervoice