Əsas səhifə » Əkrəm İmamoğlu saxta diplom almaqda ittiham olunur

Əkrəm İmamoğlu saxta diplom almaqda ittiham olunur

Bakı, AzerVoice

İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu, Ali Təhsil Şurası tərəfindən hazırlanmış hesabatda diplomunun saxta olduğuna dair iddiaların yer alması səbəbilə, 26 fevral tarixində ifadəsi alınmaq üçün Çağlayanda yerləşən İstanbul Ədalət Sarayına gələcək.

AzerVoice xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun verdiyi açıqlamada deyilir.

“İstanbul bələdiyyə dədri Əkrəm İmamoğlunun bakalavr diplomunun saxtalığı ilə bağlı edilən müraciətlər çərçivəsində, Ali Təhsil Şurası tərəfindən hazırlanmış hesabatda diplomun saxta olduğuna dair müəyyən aşkarlanmalar yer alıb. Bu çərçivədə başladılan istintaqda, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu, Türkiyə Cəza Qanununun 204-cü və digər əlaqəli maddələri çərçivəsində ifadəsi alınmaq üçün İstanbul Baş Prokurorluğumuza 26 fevral 2025-ci il tarixində çağırış vərəqəsi ilə dəvət olunub”, - deyə prokurorluğun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, İmamoğlunun diplomu ilə bağlı uzun müddətdir çoxlu sayda müzakirələr mövcuddur. Əkrəm İmamoğlu, İstanbul Universiteti İqtisadiyyat Fakültəsinin məzunudur. Onun təhsil keçmişi belədir:

  • Trabzon Liseyindən məzun olduqdan sonra, Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) əvvəlcə Şərqi Aralıq Universitetinin İnşaat Mühəndisliyi Fakültəsinə daxil olub, lakin bir neçə gün sonra qeydiyyatını Girne Amerika Universitetinin Kommunikasiya Fakültəsinə keçirib.
  • Ailəsinin 1987-ci ildə İstanbula köçməsi ilə iki il Şimali Kiprdə təhsil aldıqdan sonra, 1990-cı ildə İstanbul Universiteti İqtisadiyyat Fakültəsinin İngilis bölməsinə qəbul olub və 1994-cü ildə məzun olub.
  • 1995-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunda İqtisadiyyat üzrə magistr təhsilinə başlayıb, lakin bir müddət ara verib. Beylikdüzü bələdiyyə sədri olduğu dövrdə tələbə əfvi qanunundan istifadə edərək magistr təhsilini tamamlayıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu 1970-ci ilin iyununda Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur. 1995-ci ildə Dilək Qaya ilə evlənib və üç övladı var.

Digər Kateqoriyalar

2025 © Azervoice