Bakı,AzerVoice
HAVELSAN, Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi
üçün yeni nəsil pilotsuz uçuş aparatı (PUA) BULUT-u təqdim
edib.
AzerVoice xəbər verir ki,testləri
uğurla keçən BULUT 6 saat fasiləsiz uçuş həyata keçirə bilir.
Mülki və hərbi sahədə geniş istifadə imkanlarına malik olan BULUT
GNSS-dən (Qlobal Naviqasiya Peyk Sistemi) asılı olmadan fəaliyyət
göstərə bilir.
Mühərrik: Daxili yanma mühərriki və elektrik mühərrik
sistemi ilə işləyir.
Uçuş müddəti: 6 saat fasiləsiz havada qala bilir.
Maksimum məsafə: 80 km-ə qədər məlumat ötürə bilir.
Daşıma qabiliyyəti: 5 kq yük daşıya bilir.
Hava şəraiti: Az yağış və qar şəraitində işləyə bilir.
Avtonom uçuş: Tam avtonom uçuş və eniş qabiliyyətinə
malikdir.
Manevr bacarığı: Uçuş-enmə zolağından asılı olmadan qalxıb
enə bilir.
"Tıxacın qarşısının alınması", hərəkət edən obyektlərin aşkarlanması və qarşısının alınması sistemlərinə sahibdir.
BULUT-un Əsas İstifadə Sahələri arasında sərhəd və sahil patrul xidməti, qaçaqmalçılıq və terrorizmlə mübarizə, narkotik maddələrin aşkarlanması ,meşə yanğınlarına müdaxilə, fəlakət sonrası axtarış və xilasetmə və s. yer tutur.
HAVELSAN baş direktoru Mehmet Akif Nacar bildirib ki, BULUT, SSB-nin gözləntilərinə cavab verən və əməliyyat üstünlüyü təmin edən bir sistemdir.
HAVELSAN Autonom Sistemlər Baş direktor müavini Muhittin Solmaz qeyd edib ki, BAHA layihəsində qazandıqları təcrübə ilə BULUT-u inkişaf etdiriblər və onun sektorda oyunu dəyişdirəcək potensiala malik olduğunu vurğulayıb.
HAVELSAN Məhsul İnkişafetmə Direktoru Veysel Ataoğlu BULUT-un fərqli versiyalarını hazırladıqlarını və əməliyyat sahələrindən gələn rəy əsasında inkişaf etdirməyə davam etdiklərini bildirib.
BULUT-un qısa müddət ərzində sahədə effektiv şəkildə istifadə olunacağı gözlənilir.