Bakı,AzerVoice
Suriya və Qəzzada sülhün davamlılığı üçün iqtisadi inkişaf vacibdir.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Naziri Hakan Fidan deyib.
Nazir Fidan G20 Xarici İşlər Nazirləri Toplantısının "2025-ci ildə G20 Hədəfləri: Cənubi Afrika Respublikasının G20 Sədrliyinin Qiymətləndirilməsi, Yüksək Səviyyəli Nəticələr və G20-nin Dəyərləndirilməsi" mövzusunda keçirilən iclasında çıxış edib.
G20-nin beynəlxalq iqtisadi əməkdaşlıq üçün ən prioritet forum olaraq qalması lazım olduğunu vurğulayan Fidan, qurumun çevikliyini və aktuallığını qorumaq üçün yenilənmiş bir öhdəliklə bir sıra addımlar atılmasının vacibliyinə diqqət çəkib.
Fidan, bu addımlar arasında xüsusilə beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün daha əhatəli və təmsilçi bir qlobal idarəetmə sisteminin yaradılması və inkişaf etməkdə olan iqtisadiyyatların və regional aktorların qərar qəbuletmə prosesinə daha çox cəlb olunmasının təmin edilməsi kimi məsələlərin yer aldığını bildirib.
"Sülh, iqtisadi inkişaf və rifahla dəstəklənmədikcə, qalıcı ola bilməz. Suriya, Qəzza və dünyanın digər bir çox bölgəsində sülh son dərəcə kövrək vəziyyətdədir. Bu bölgələrdə iqtisadi dirçəliş və inkişaf təşəbbüsləri uzunmüddətli və real perspektivlər təqdim edilmədiyi təqdirdə qısa ömürlü olmağa davam edəcək", – deyə qeyd edib.