Əsas səhifə » Fidan və Yaponiya XİN regional təhlükəsizlik məsələlərini müzakirə edib

Fidan və Yaponiya XİN regional təhlükəsizlik məsələlərini müzakirə edib

Bakı,AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Yaponiyanın xarici işlər naziri Takeşi İwaya ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları arasında ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı, müdafiə sənayesi və qabaqcıl texnologiya sahəsində əməkdaşlıq, həmçinin Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri yer alıb.

Fidan, İsrail-Fələstin münaqişəsinə toxunaraq, atəşkəsin daimi olması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb. O, münaqişənin yalnız "iki dövlətli həll yolu" ilə sona çata biləcəyini bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice