Bakı,AzerVoice
Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, Antalya mərkəzli 31
şəhərdə eyni vaxtda keçirilən "Kıskaç-40" əməliyyatı nəticəsində
353 şübhəlinin tutulduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir
Yerlikaya sosial media hesabından verdiyi açıqlamada FETÖ-nün
hazırkı strukturu və terrorizmin maliyyələşdirilməsi ilə bağlı
genişmiqyaslı araşdırmalar aparıldığını bildirib.
Antalya Respublika Baş Prokurorluğu, digər vilayətlərin Baş
Prokurorluqları və təhlükəsizlik qüvvələri əməliyyatın həyata
keçirilməsində yaxından iştirak ediblər.
Şübhəlilər təşkilati fəaliyyətlərdə iştirakda və FETÖ-yə maliyyə
dəstəyi göstərməkdə ittiham olunurlar. Terror təşkilatına bağlı
şirkətlərdən qanunsuz pul köçürmələri, "Referans Əsaslı Böyümə" adı
altında gizli iqtisadi şəbəkənin yaradılması, xaricdən
maliyyələşmənin təmin edilməsi aşkarlanıb.
MASAK-ın apardığı araşdırmalarda maliyyə axınının "məhsul alımı"
adı altında gizlədildiyi və təşkilata yönləndirildiyi müəyyən
edilib.
Türkiyə hökuməti terror təşkilatlarına və onların maliyyə mənbələrinə qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini bəyan edib. Nazir Yerlikaya əməliyyata rəhbərlik edən Antalya Respublika Baş Prokurorluğu, MİT, MASAK və polis qüvvələrinə təşəkkür edib.
Antalya merkezli 31 ilde FETÖ'ye yönelik eş zamanlı düzenlenen “KISKAÇ-40” operasyonlarında; bir döner restoran zinciri üzerinden FETÖ’ye finansman sağladığı belirlenen aralarında kamu personelinin de (10 şüpheli) bulunduğu 353 şüpheli yakalandı.
— Ali Yerlikaya (@AliYerlikaya) February 21, 2025
FETÖ elebaşının ölümünden… pic.twitter.com/TATykRO3KR