Əsas səhifə » MİT İraqda terrorçuları zərərsizləşdirib

MİT İraqda terrorçuları zərərsizləşdirib

Bakı,AzerVoice

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində keçirdiyi əməliyyatla PKK/KCK terrorçuları Zəhra Sebat və Serhat Ərdoğanı zərərsizləşdirib.

AzerVoice xəbər verir ki, MİT-in apardığı kəşfiyyat işləri nəticəsində yeri müəyyən edilən terrorçu təqib edilib.

Terrorçuların Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktı hazırladığı müəyyən edilib.

Hücuma hazırlaşan iki terrorçunun yeri müəyyənləşib.

Əməliyyatın həyata keçirilməsi qərarından sonra İraqın Hakurk çölündə həyata keçirilən məqsədyönlü əməliyyatda terror cinayətlərinə görə axtarışda olan Zehra Sebat və Serhat Ərdoğan zərərsizləşdirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice