Əsas səhifə » İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

Bakı, AzerVoice

İstanbul Boğazında sıx duman səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamada boğazda görmə məhdudluğu səbəbindən hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırıldığı bildirilib.

Səlahiyyətlilər bildiriblər ki, hava şəraiti normallaşdıqdan sonra naviqasiya yenidən açılacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice