Əsas səhifə » İstanbulda bəzi hava relsləri təxirə salınıb

İstanbulda bəzi hava relsləri təxirə salınıb

Bakı, AzerVoice

Türk Hava Yolları (THY), İstanbulda gözlənilən güclü qar yağışı səbəbindən 20 və 21 fevral tarixlərində İstanbul Hava Limanına enən və qalxan bəzi reyslərini ləğv edib.

AzerVoice xəbər verir ki, THY-nin mətbuat müşaviri Yəhya Üstün, sosial media hesabında bu qərarın Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) məhdudlaşdırma qərarı ilə əlaqədar olduğunu bildirib.

Sabiha Gökçen Hava Limanında isə 19 fevral tarixində uçuşların ləğvi zəruri hesab edilməyib. Lakin 20 fevral cümə axşamı günü üçün bütün gün ərzində uçuşların 10% azaldılması qərara alınıb. Bu çərçivədə Pegasus Hava Yolları 46, Ajet isə 22 uçuşunu ləğv edəcək. 21 fevral cümə günü üçün isə uçuşların 15% azaldılması planlaşdırılır; bu səbəbdən Pegasus 68, Ajet isə 34 uçuşunu ləğv edəcək.

Sərnişinlərə uçuşları ilə bağlı ən son məlumatları əldə etmək üçün THY-nin rəsmi veb-saytındakı "Uçuş Durumu" səhifəsini ziyarət etmələri tövsiyə olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice