Əsas səhifə » Ukrayna prezidenti Anıtkabiri ziyarət edib

Ukrayna prezidenti Anıtkabiri ziyarət edib

Bakı,AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada yerləşən Anıtkabiri ziyarət edib.

AzerVoice xəbər verir ki, Zelenski Anıtkabir ziyarəti zamanı Ukrayna ilə Türkiyə arasındakı dostluq və əməkdaşlığın vacibliyini vurğulayıb.

Səfəri zamanı onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, ikitərəfli münasibətlər, müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bu səfər Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice