48
Bakı,AzerVoice
Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabından açıqlama verib.
Açıqlamada Ukrayna prezidenti Zelenskinin sabah Türkiyəyə gələcəyini və prezident Ərdoğanla görüşəcəyini bildirib.
Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.