Əsas səhifə » Türkiyədə universitetdə silahlı hücum olub

Türkiyədə universitetdə silahlı hücum olub

Bakı, AzerVoice

Türkiyənin Konya Səlcuq Universitetinin Sağlamlıq Elmləri Fakültəsində baş verən silahlı hücum nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

AzerVoice xəbər verir ki, hadisə zamanı bir tələbə dekan müavini öldürüb, daha sonra iki nəfəri yaralayıb və intihara cəhd edib.

Yaralılar tez bir zamanda xəstəxanaya çatdırılıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvəsi cəlb edilib və araşdırmalara başlanılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice