Bakı,
AzerVoice
Türk Havacılık və Kosmik Sənaye (TUSAŞ), Abu-Dabidə keçirilən IDEX 2025 sərgisi
çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində yerləşən Calidus
Aerospace şirkəti ilə Anlaşma Memorandumu (MoU) imzalayıb.
AzerVoice xəbər verir ki, Türkiyə
Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgün imzalama
mərasimində iştirak edərək, bu əməkdaşlığın Türkiyənin müdafiə
sənayesinə yeni bir təkan verəcəyini və yerli istehsal imkanlarını
genişləndirəcəyini bildirib.
O, həmçinin qeyd edib ki, bu anlaşma TUSAŞ-ın qlobal bazardakı
mövqeyini daha da gücləndirəcək və iki ölkə arasında müdafiə və
aviasiya sahəsindəki birgə layihələrə töhfə verəcək.
Qeyd edək ki, Calidus Aerospace daha əvvəl də Türkiyənin müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq etmişdi. Məsələn, HAVELSAN ilə yer sistemləri sahəsində bir müqavilə imzalayaraq, təlim və simulyasiya sahələrində birgə layihələr həyata keçirmişdi.