Əsas səhifə » Türk lirəsi ən yaxşı performans göstərən valyutalardan biri ola bilər

Türk lirəsi ən yaxşı performans göstərən valyutalardan biri ola bilər

Bakı, AzerVoice

ABŞ-ın investisiya bankı Morgan Stanley 2025-ci il üçün yenilənmiş "Valyuta Məzənnələri Proqnozu" hesabatını açıqlayıb.

AzerVoice xəbər verir ki, bankın iqtisadçıları türk lirəsinin bu il Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEEMEA) regionunda ən güclü performans göstərəcək valyutalardan biri olacağını proqnozlaşdırırlar.

Hesabatda qeyd olunur ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) 2025-ci ildə əvvəlcə üç dəfə faiz endirimi edəcəyini bildirsə də, hazırda iyun ayında bir dəfə faiz endiriminin kifayət edəcəyi gözlənilir.

Bundan əlavə, Asiyanın inkişaf etməkdə olan bazarlar arasında zəif performans göstərməyə davam edəcəyi vurğulanır.

Morgan Stanley-nin qiymətləndirməsinə görə, türk lirəsi investorlar üçün ən cəlbedici aktivlərdən biri olaraq qalacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice