Əsas səhifə » Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

Bakı,AzerVoice

Ankaranın Yenimahalle rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) açıqlama verib.

Zəlzələ yerin təxminən 11,48 kilometr dərinliyində baş verib.

Xüsusilə şəhərin qərbində hiss edilən zəlzələ səbəbindən vətəndaşlar evlərindən və iş yerlərindən küçələrə çıxıblar.

Digər tərəfdən, yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice