Əsas səhifə » Egey dənizində zəlzələlər davam edir

Egey dənizində zəlzələlər davam edir

Bakı, AzerVoice

Egey dənizində 5 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) internet saytında yayılan məlumata görə, zəlzələnin episentri Egey dənizində olub və 7 kilometr dərinlikdə qeydə alınıb.

AFAD, Egey dənizində davam edən zəlzələ fırtınası səbəbilə sunami və fövqəladə hallar barədə xəbərdarlıq etmək üçün sahilə yaxın bölgələrdə mobil siren sistemləri yerləşdirib.

Sistem hər hansı fövqəladə vəziyyət zamanı əhalini vaxtında xəbərdar etmək və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə fəaliyyət göstərəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice