89
Bakı, AzerVoice
Egey dənizində 4,9 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar Rəyasət Heyəti (AFAD) məlumat yayıb.
Məlumata əsasən, saat 19.11-də episentri Egey dənizində olmaqla 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Qeyd edək ki, daha öncə Egey dənizində Türkiyə vaxtı ilə saat 14:23-də 4,8 bal gücündə və 7 kilometr dərinlikdə zəlzələ baş verib.