Əsas səhifə » Ankara və Karakas enerji sahəsində yeni anlaşmalara imza atır

Ankara və Karakas enerji sahəsində yeni anlaşmalara imza atır

Bakı, AzerVoice

Venesuela ilə enerji və mədənçilik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün konkret addımlar atmağı hədəfləyitrik.

AzerVoice xəbər verir ki, bunu Türkiyə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Venesuelanın vitse-prezidenti və neft naziri Delcy Rodriguez görüşü zamanı deyib.

Bayraktar, Ötən il neft, təbii qaz və mədənçıxarma sahələrində əməkdaşlıq üçün imzalanan sazişlər çərçivəsində görülən işləri müzakirə etdiklərini bildirib.

"Cənab Rodriges ilə bu sahələrdə ən qısa zamanda konkret addımlar atmaq barədə razılığa gəldik. Məqsədimiz ölkələrimiz arasında son vaxtlar enerji və qaz sənayesi sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir",- deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Alparslan Bayraktar Venesuelanın vitse-prezidenti və neft naziri Delcy Rodriguez ilə görüşüb.

Digər Kateqoriyalar

2025 © Azervoice