Əsas səhifə » Pakistanın Kipr türklərinə dəstəyi bizim üçün son dərəcə mənalıdır - Ərdoğan

Pakistanın Kipr türklərinə dəstəyi bizim üçün son dərəcə mənalıdır - Ərdoğan

Bakı, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

AzerVoicexəbər verir ki , Ərdoğan bildirib ki, görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib. O, iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması üçün səylərin artırılacağını qeyd edib.

Türkiyə lideri Pakistanın Kipr türklərinin haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, bu dəstəyin onlar üçün böyük mənaya sahib olduğunu bildirib. Eyni zamanda, PKK, YPG, DEAŞ və FETÖ terror təşkilatları ilə mübarizədə Pakistanın Türkiyəyə göstərdiyi dəstəyi də xüsusi vurğulayıb.

Ərdoğan, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası çərçivəsində iki ölkə arasında 24 sənədin imzalandığını xatırladaraq, bu razılaşmaların əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

Türkiyə və Pakistan arasında 24 əməkdaşlıq sazişi imzalanıb

Fələstin məsələsinə də toxunan Ərdoğan, 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması üçün mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice