14
Bakı, AzerVoice
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında yerləşən baza bölgəsində terrorçular tərəfindən açılan təcavüz atəşi nəticəsində yaralanan əsgərin şəhid olduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
Nazirlikdən verilən açıqlamada separatçı terror təşkilatı üzvlərinin açdıqları atəş nəticəsində yaralanan Piyada Mütəxəssisi Çavuş Osman Oktayın aparıldığı xəstəxanada xilas ola bilmədiyi və şəhid olduğu açıqlanıb.
Türkiyə Milli Müdafiə naziri Kızıldağın ailəsi və türk millətinə başsağlığı və səbr diləyib.