Əsas səhifə » Pakistan Ərdoğanı qarşılamağa hazırdır

Pakistan Ərdoğanı qarşılamağa hazırdır

Bakı, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfər edəcəyi Pakistanın paytaxtı İslamabadın küçələri Türkiyə və Pakistan bayraqları ilə bəzədilib.

AzerVoice xəbər verir ki , Prezident Ərdoğan rəsmi görüşlər üçün axşam saatlarında İslamabada səfər edəcək.

Ərdoğanın səfəri öncəsi şəhərin küçələri Türkiyə və Pakistan bayraqları ilə bəzədilib. Bundan əlavə, yol kənarlarında səfərlə bağlı plakatlar asılıb.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, Pakistan prezidenti Asif Əli Zərdari və Pakistanın baş naziri Şahbaz Şərifin fotolarının yer aldığı plakatlarda “Pakistan-Türkiyə dostluğu güclənir” sözləri yazılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice