Əsas səhifə » Türkiyə ilə İndoneziya arasında 13 müqavilə imzalanıb

Türkiyə ilə İndoneziya arasında 13 müqavilə imzalanıb

Bakı, AzerVoice

Türkiyə və İndoneziya arasında Prezident Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabowo Subiantonun iştirakı ilə 13 mühüm müqavilə imzalanıb.

AzerVoice xəbər verir ki, görüş təkbətək danışıqlar və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində baş tutub.

İmzalanan əsas sənədlər bunlardır:

Səhiyyə və Tibb Elmləri üzrə Əməkdaşlıq Sazişi – Xarici işlər nazirləri Hakan Fidan və Suqiono tərəfindən imzalanıb.

Enerji və Təbii Ehtiyatlar sahəsində Anlaşma Memorandumu – Energetika nazirləri Alparslan Bayraktar və Bəhlil Lahadalia tərəfindən imzalanıb.

İnvestisiyaların Təşviqi və Asanlaşdırılması üzrə Niyyət Məktubu – Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və İndoneziyanın investisiya naziri Rosan Perkasa Roeslani tərəfindən imzalanıb.

Sənaye Əməkdaşlığı üzrə Birgə Komitənin yaradılması haqqında Memorandum – Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və İndoneziyanın Sənaye Nazirliyi arasında imzalanıb.

Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq Memorandumu – Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi ilə İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanıb.

Ticarət sahəsində Əməkdaşlıq Memorandumu – Ticarət naziri Ömer Bolat və İndoneziyanın ticarət naziri Budi Santoso tərəfindən imzalanıb.

Ali Təhsil sahəsində Əməkdaşlıq Memorandumu – Türkiyə Ali Təhsil Şurası və İndoneziyanın Ali Təhsil, Elm və Texnologiya Nazirliyi arasında razılaşma əldə olunub.

Dini Xidmətlər və Dini Təhsil sahəsində Əməkdaşlıq Memorandumu – Türkiyə Diyanət İşləri Başçılığı və İndoneziyanın Dini İşlər Nazirliyi tərəfindən imzalanıb.

Müdafiə Sənayesi Əməkdaşlıq Sazişi – Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi və İndoneziya Müdafiə Nazirliyi arasında imzalanıb.

"Bayraktar TB3 və AKINCI" İxracına dair Birgə İstehsal Müqaviləsi – BAYKAR baş direktoru Haluk Bayraktar və Republikorp qurucusu Norman Joesoef tərəfindən imzalanıb.

Media sahəsində əməkdaşlıq – Anadolu Agentliyi və İndoneziya Xəbər Agentliyi (ANTARA), TRT və İndoneziyanın İctimai Yayım Radiosu (LPP RRI), TRT və İndoneziya İctimai Televiziya Şəbəkəsi (TVRI) arasında müxtəlif əməkdaşlıq protokolları imzalanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice