15
Bakı,
AzerVoice
İstanbulda güclü qar yağışı nəqliyyatı çətinləşdirib və bəzi
rayonlarda məktəblərin bağlanmasına səbəb olub.
AzerVoice xəbər verir ki, təhsil bir günlük dayandırılan rayonlar arasında Küçükçekmece, Beykoz, Arnavutköy, Esenyurt, Avcılar, Sultanqazi, Beylikdüzü, Büyükçekmece və Başakşehir yer alır.
İstanbul Qubernatorluğu bu rayonlarda qarın intensiv şəkildə davam etdiyini və təhlükəsizlik səbəbilə məktəblərin müvəqqəti bağlandığını açıqlayıb. Meteoroloqların proqnozlarına görə, qar yağışı İstanbulda bir müddət daha davam edəcək.
Yolların buzlanma ehtimalı yüksək olduğundan sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.