Əsas səhifə » Yunanıstanda zəlzələ səbəbindən fövqəladə vəziyyət elan olunub

Yunanıstanda zəlzələ səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı, AzerVoice

Egey dənizində baş verən güclü zəlzələ dalğası Yunanıstanın Santorini adasında fövqəladə vəziyyətin elan olunmasına səbəb olub.

AzerVoice xəbər verir ki, bu səhər saat 6-dan etibarən Egey dənizində ardıcıl 7 zəlzələ qeydə alınıb. Bunlardan ən böyüyünün gücü 4,7 bal, ən kiçiyinin isə 3,8 bal olub.

Saloniki Aristotel Universitetinin seysmoloqu Kostas Papazachos vəziyyətin fevral boyunca belə davam edəcəyini bildirib.

Geodinamika İnstitutunun direktor müavini Vassilis Karastathis isə 5,3 bal gücündəki zəlzələnin bir neçə gün əvvəl baş verən 5,2 bal gücündəki təkanlardan heç bir fərqinin olmadığını bildirib. Seysmoloq Akis Tselentis isə sakinləri ehtiyatlı olmağa çağıraraq, prosesin hələ başa çatmadığını vurğulayıb.

Santorini adasında baş verən ardıcıl yeraltı təkanlar nəticəsində ən azı 11 min insan bölgəni tərk edib. Fövqəladə vəziyyət martın 3-dək qüvvədə qalacaq. Zəlzələ təhlükəsi səbəbilə Santorini və yaxınlıqdakı Amorgos adasında məktəblər bağlanıb.

Yunanıstan hökuməti fövqəladə vəziyyət ssenarisinə hazırlıq məqsədilə Santoriniyə xilasetmə qrupları, pilotsuz uçuş aparatları və xüsusi təlim keçmiş itlər göndərib. Yeraltı təkanları daha yaxşı izləmək üçün bölgədə əlavə seysmoqraflar quraşdırılıb.

Sahil bölgələrində yaşayan insanlar sunami riskinə qarşı mühafizə tədbirləri görməyə başlayıblar. Bəzi evlərin və kilsələrin qarşısına qum torbaları yığılaraq mümkün dalğaların təsirini minimuma endirmək planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice