Bakı,
AzerVoice
Türkiyədə jandarma tərəfindən FETÖ terror təşkilatına qarşı son bir
həftə ərzində 22 şəhərdə keçirilən “Kıskaç-38” əməliyyatlarında 45
şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında
açıqlama verib.
Şübhəlilərdən 24-ü həbs edilib, 8-i barəsində məhkəmə nəzarəti
qərarı çıxarılıb, digər şübhəlilərlə isə bağlı sorğu-sual prosesi
davam edir.
Saxlanlan şübhəlilər, FETÖ terror təşkilatının strukturunda fəaliyyət göstərmək, təşkilatın məsul şəxsləri ilə taksofon vasitəsilə əlaqə saxlamaq, təşkilatı maliyyələşdirmək və sosial media hesabları vasitəsilə terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə həbs ediliblər.
22 ilde FETÖ'ye yönelik son 1 haftadır Jandarma tarafından devam eden “KISKAÇ-38” operasyonlarında; 45 şüpheli yakalandı.
— Ali Yerlikaya (@AliYerlikaya) February 10, 2025
Şüphelilerden;
24'ü TUTUKLANDI. 8'i hakkında adli kontrol kararı verildi. Diğerlerinin işlemleri devam ediyor.
️
Operasyonlarda yakalanan… pic.twitter.com/2RfSuAZg55