Əsas səhifə » İraqın şimalında 10-a yaxın terrorçu zərərsizləşdirilib

İraqın şimalında 10-a yaxın terrorçu zərərsizləşdirilib

Bakı, AzerVoice

İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 9-a yüksəlib.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 6 fevral tarixindən İraqın şimalında, Asos bölgəsində keçirilən hava əməliyyatı çərçivəsində daha 6 terrorçu zərərsizləşdirilib. Nəticədə bölgədə zərərsizləşdirilən terrorçuların ümumi sayı 9-a yüksəlib.

Qeyd edək ki, əməliyyatlar istənilən hava və relyef şəraitində fasiləsiz davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice