Bakı,
AzerVoice
Suriya Prezidenti Əhməd Şəra və onun rəhbərlik etdiyi nümayəndə
heyəti Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan iki qonşu ölkənin gələcəyini formalaşdıracaq mühüm
qərarlar qəbul etdiklərini bildirib.
AzerVoice xəbər verir ki, Ərdoğan, Ankarada keçirilən 7-ci Adi Qurultayında çıxış edərək, Türkiyənin xarici siyasətdə strateji gedişlər etməklə bölgədə və dünyada mövqeyini gücləndirdiyini vurğulayıb.
Ərdoğan, Türkiyənin tarixi, mədəni irsi və qədim dövlət ənənələri ilə həsrətində olduğu gücə çatdığını qeyd edərək, "Dünən Ankarada mühüm bir qonağı qəbul etdik. Suriya Ərəb Respublikasının Prezidenti cənab Əhməd Şəra və başçılıq etdiyi nümayəndə heyəti tarixi bir qovşaqda ölkəmizə çox kritik bir səfər etdi. Onunla təhlükəsizlikdən ticarətə, nəqliyyatdan enerji əməkdaşlığına qədər bir çox məsələləri müzakirə etdik. İki qonşu ölkə olaraq gələcəyimizi formalaşdıracaq mühüm qərarlar qəbul etdik", – deyə bildirib.