Əsas səhifə » Türkiyə İngiltərədən döyüş təyyarəsi alacaq

Türkiyə İngiltərədən döyüş təyyarəsi alacaq

Bakı, AzerVoice

Türkiyə hərbi texnikasını genişləndirəcək.

AzerVoice xəbər verir ki, Türkiyə iki mərhələdə 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsi alacaq.

İlk tədarüklərin 2026-cı ildə başlaması və tam əməliyyat potensialının 2030-cu ildə təmin edilməsi gözlənilir.

Qeyd edək ki, Eurofighter Typhoon Avropanın qabaqcıl qırıcı təyyarələrindən biridir. Bu, çoxməqsədli, 4.5-ci nəsil döyüş təyyarəsidir və əsasən hava üstünlüyünü təmin etmək və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bu qırıcı təyyarə, döyüşdə çevikliyi və yüksək sürəti ilə tanınır və gələcəkdə modernləşdirmə üçün açıq struktura malikdir.

Bundan əlavə, Eurofighter Typhoon həm hava döyüşləri, həm də yerüstü hücumlar üçün geniş silah çeşidi daşıya bilir. Belə ki, bu qırıcı təyyarə 27 mm Mauser BK-27 avtomatik topu, Havadan-havaya (Meteor, AMRAAM, IRIS-T, ASRAAM) və havadan-yerə (Brimstone, Storm Shadow, Paveway) raketləri, Güdümlü və qeyri-güdümlü bombalar ilə təchiz olunub.

Eurofighter Typhoon NATO üzvü ölkələrin hava qüvvələrində əsas qırıcı təyyarələrdən biri kimi istifadə olunur və müasir döyüş əməliyyatlarında mühüm rol oynayır.

Digər Kateqoriyalar

2025 © Azervoice