Əsas səhifə » Suriyanın şimalında antiterror əməliyyatı keçirilib

Suriyanın şimalında antiterror əməliyyatı keçirilib

Bakı, AzerVoice

Suriyanın şimalında 23 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada deyilir.

"Terrorçuların qaça biləcəyi yer, onlar üçün təhlükəsiz yer yoxdur. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında aşkarladığı 23 PKK/YPG terrorçusunu zərərsizləşdirib.",- deyə açıqlamada bildirilib.

Qeyd edək ki, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəd xaricində qətiyyətlə aparılır.

Digər Kateqoriyalar

2025 © Azervoice