BAKI,AzerVoice
Türkuyədə Müdafiə və aviasiya ixracatında önə çıxan 10 şirkət bəlli oldu,AzerVoice xəbər verir ki, keçən il müdafiə və aviasiya sahəsində ən çox ixracat həyata keçirən şirkətlər sırasıyla Baykar, TUSAŞ Aviasiya, ASFAT, Maşın və Kimya Sənayesi (MKE), ARCA Müdafiə, TUSAŞ Motor, ASELSAN, RAM Xarici Ticarət, ROKETSAN və “Samsun Yurt Müdafiə” şirkətləri olub.
Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Başqanlığı (SSB) ötən ilin ən çox ixracat edən müdafiə və aviasiya şirkətlərini açıqlayıb.
Baykar 2024-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirdi
Məlumata görə, Baykar 1,8 milyard dollarlıq ixracatla siyahının ilk sırasında yer alıb.
Baykar-ı 750 milyon dollarlıq ixracatla TUSAŞ Aviasiya, 644 milyon dollarla isə ASFAT izləyib.
Siyahıda yer alan digər şirkətlər isə belə sıralanır:
-
MKE – 610 milyon dollar
-
ARCA Müdafiə – 600 milyon dollar
-
TUSAŞ Motor – 390 milyon dollar
-
ASELSAN – 217 milyon dollar
-
RAM Xarici Ticarət (Otokar) – 193 milyon dollar
-
ROKETSAN – 179 milyon dollar
-
Samsun Yurt Müdafiə – 166 milyon dollar
İxracat göstəricilərinə xidmət və digər satışlar daxil edilməyib.
SSB sədri Haluk Görgün, X sosial media platformasında etdiyi paylaşımda
"Uğur hamımızındır, qürur isə Türkiyənindir. Bu gün Türkiyənin müdafiə və aviasiya sənayesində aparıcı rol oynayan 10 böyük şirkətimizi qürurla açıqlayırıq. Qlobal səhnədə bayrağımızı dalğalandıran bu şirkətlər, sektorumuzda ortaq ağıl, sinerji və innovasiya mədəniyyətinin təcəssümüdür." - deyib.