Əsas səhifə » Kartalkayadakı otel faciəsinin ardından Türkiyə Təhsil Nazirliyi hərəkətə keçib

Kartalkayadakı otel faciəsinin ardından Türkiyə Təhsil Nazirliyi hərəkətə keçib

Bakı, AzerVoice

Bolu Kartalkayada 78 nəfərin həyatını itirdiyi otel faciəsinin ardından Türkiyənin Təhsil Nazirliyi diqqətçəkən bir addım atıb. Nazirlik ikinci dövr ərzində bütün məktəblərdə Psixososial Dəstək Tədbirlər Planını həyata keçirəcək.

AzerVoice xəbər verir ki, Bolu Kartalkayadakı otel yanğınından sonra Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) məktəblərdə ikinci dövrə başlayacağı fevralın 3-dən etibarən şagirdlər, müəllimlər və valideynlər üçün Psixososial Dəstək Fəaliyyət Planı hazırlayıb.

Qeyd edək ki, Yanvarın 21-də Kartalkaya xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğında aralarında tələbələrin də olduğu 78 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice