Bakı, AzerVoice
Türkiyənin Böyük Britaniya istehsalı Eurofighter Typhoon döyüş təyyarəsini alması üçün hazırıqlar davam edir.
AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
“Bu çərçivədə 40 ədəd Eurofighter Typhoon Təyyarəsinin alınması üçün hazırlanan tələblərin tərifi sənədi Böyük Britaniya Müdafiə Nazirliyinə və müvafiq şirkətə göndərilib.",- deyə nazirlik tərəfindən bildirilib.
Bundan əlavə nazirlik, F-16 və Eurofighter təyyarələrinin alınması ilə bağlı işlərin KAAN kimi silah sistemlərinə qədər davam edtiyini və HÜRJET, KIZILELMA və ANKA-3-ün istifadəyə hazır olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Eurofighter Typhoon hava, quru və dəniz hədəflərinə qarşı əməliyyatlar üçün nəzərdə tutulmuş çoxməqsədli 4,5 nəsil döyüş təyyarəsidir. İngiltərə, Almaniya, İtaliya və İspaniyanın birgə səyləri ilə hazırlanan bu təyyarə müasir döyüş təyyarələri arasında mühüm yer tutur.
Typhoon yüksək hündürlükdə və aşağı sürətdə üstün manevr qabiliyyətini təmin edir. Təyyarə səsdən yüksək sürətlə balanslaşdırılmış uçuş performansı nümayiş etdirir və xüsusilə hava döyüşlərində üstünlük təmin edir.
2450 km/saat sürətə çata bilən Eurofighter Typhoon dünyanın ən sürətli 4,5 nəsil döyüş təyyarələrindən biri hesab olunur. Bu xüsusiyyətləri ilə həm müdafiə, həm də hücum missiyalarında effektiv platforma təklif edir.