37
Bakı, AzerVoice
Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyəyə səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbəələr məlumat verib.
Məlumata əsasən, Ştaynmayer fevralın 5-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ştaynmayer Suriyada əməkdaşlıq prosesinin başlamasının vacib olduğunu düşünür və bu çərçivədə Türkiyə ilə əməkdaşlığı gücləndirmək istəyir.
Qeyd edək ki, Ştaynmayer, eyni zamanda İordaniyaya və Səudiyyə Ərəbistanına da səfər edəcək.
Ştaynmayer səfəri çərçivəsində İordaniyada yerləşən alman əsgərlərinə də baş çəkəcək.