Əsas səhifə » Türkiyədə boz kateqoriyada axtarılan keçmiş FETÖ hakimi tutulub

Türkiyədə boz kateqoriyada axtarılan keçmiş FETÖ hakimi tutulub

Bakı, AzerVoice

FETÖ-nün məhkəmə strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 9 ildir axtarışda olan keçmiş hakim Yaşar Akyıldız Ankarada saxlanılıb.

AzerVoice xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun açıqlamasına görə, "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə boz kateqoriyada axtarılan və namizədliyi irəli sürülən keçmiş hakim Yaşar Akyıldız məhkəmə sistemindən uzaqlaşdırılıb.

O, 2014-cü ildə keçirilən Hakimlər və Prokurorlar Yüksək Kurulu seçkiləri zamanı FETÖ-nün məhkəmə quruluşu ilə bağlı istintaqa cəlb olunub.

Akyıldızın Ankara İl Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsində aparılan əməliyyatlardan sonra Ankara Ədliyyəsinə sövq ediləcəyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice