Bakı,
AzerVoice
Türkiyədə yaşayan suriyalıların hazırkı sayı açıqlanıb.
AzerVoice xəbər verir ki, bu barədə Miqrasiya İclasında çıxış edən Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib
"Ölkəmizdə ümumilikdə 4 milyon 121 min 663 qanuni əcnəbi var. Onlardan 2 milyon 865 min 430-u suriyalı, 1 milyon 66 min 13-ü isə yaşayış icazəsi olan əcnəbidir. Bundan əlavə, 190 min 220 nəfər beynəlxalq mühafizə altındadır." - deyə o bildirib.
"Dekabrın 9-dan etibarən 81 min 576 suriyalı vətəndaş öz ölkələrinə qayıdıb. 2017-ci ildən bu günə qədər isə 821 min 529 suriyalı könüllü şəkildə vətənlərinə dönüb. Ölkə üzrə 81 vilayətdə 270 mobil miqrasiya maşını fəaliyyət göstərir. 2023-cü ilin iyul ayından 2024-cü ilin sonuna qədər 2 milyon 647 min 963 nəfərin şəxsiyyəti yoxlanılıb." - deyə nazir əlavə edib.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin əsas məqsədinin ölkənin cəlbedici bir məkana çevrilməsinin qarşısını almaq olduğunu bildirən Yerlikaya, miqrasiyanın qlobal səviyyədə məsuliyyət tələb edən bir məsələ olduğunu və bu çərçivədə xüsusilə qonşu ölkələrlə əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb.
"Ticarət, turizm, iş, elm, səhiyyə və təhsil kimi səbəblərlə qanuni yollarla ölkəyə gələn əcnəbilərin yaşayış icazəsi üçün müraciət prosesləri sadələşdirilir. Bununla yanaşı, ölkədə təhsil alacaq beynəlxalq tələbələr üçün YÖK ilə xüsusi protokol imzalanıb." - deyə sonda nazir bildirib.