Əsas səhifə » Suriyanın şimalında PKK/YPG-yə qarşı əməliyyat keçirilib

Suriyanın şimalında PKK/YPG-yə qarşı əməliyyat keçirilib

Bakı, AzerVoice

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Suriyanın şimalında yerləşən Barış bulağı bölgəsində 14 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, nazirlikdən verilən məlumatda Türk Silahlı Qüvvələrinin bölgədəki əməliyyat nəticəsində terrorçuları zərərsizləşdirdiyi bildirilib.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı Barış bulağı bölgəsində aşkar etdiyi 14 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz terrorçular bu coğrafiyadan yox olana qədər qətiyyətlə və qərarlılıqla davam edəcək". - deyə açıqlamada bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice