Əsas səhifə » Türkiyyə və İraq arasında ticarət həcmi artacaq

Türkiyyə və İraq arasında ticarət həcmi artacaq

Bakı, AzerVoice

Türkiyə ilə İraq arasındakı ikitərəfli ticarət həcmi 30 milyard təşkil edəcək.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə-İraq İş Şurasının sədri Halit Acar məlumat verib.

"2024-cü ildə iki ölkə arasında ticarət həcmi 20 milyard dollar olub. Hədəfimiz 2025-ci il üçün bu rəqəmi 30 milyard dollara çatdırmaq və əməkdaşlığı daha da dərinləşdirməkdir",- deyə Halit Acar bildirib.

Bununla yanaşı Acar, İraqın keçən il Türkiyənin ixracatında 5-ci yeri tutduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ilə İraq arasında həyata keçirilməsi planlaşdırılan İnkişaf Yolu Layihəsi ilə Bəsrədən Türkiyəyə quru və dəmir yolu nəqliyyat dəhlizinin yaradılması hədəflənir. İnkişaf Yolu Layihəsi çərçivəsində Qaziantep-Şanlıurfa və Şanlıurfa-Mardin Yüksək Sürətli Qatar Xətti layihələri İnvestisiya Proqramına daxil edilmişdir. İnkişaf Yolu Layihəsi çərçivəsində İraq, Türkiyə və bölgə ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice