Əsas səhifə » Konyada çökən bina ilə bağlı 6 şübhəli həbs edilib

Konyada çökən bina ilə bağlı 6 şübhəli həbs edilib

Bakı, AzerVoice

Konyada 4 mərtəbəli binanın çökməsinə görə məsuliyyət daşıdıqları iddiasıyla nəzarətə alınan 6 şübhəli həbs edilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib.

Aparılan istintaq çərçivəsində şübhəlilər - balıq mağazasının müdiri Kazım F, keçmiş qəhvəxana sahibi Kamal Ö və dükan sahibləri Hakkı İ. və balıq dükanında təmir işləri aparan Mehmet P., daxili dizayner Tuncer D. və Volkan D. həbs edilib.

Qeyd edək ki, Yanvarın 24-də Konyanın mərkəzi Səlcuqlu rayonu Səlcuq məhəlləsində Beyşehir küçəsində yerləşən Taşoluk mənzili uçub, dağıntılar altından 3 nəfər sağ-salamat çıxarılıb, 2 nəfərin isə cansız cəsədi tapılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice