Əsas səhifə » Türkiyədə baş verən yanğında ölənlərin sayısı 70-i keçib

Türkiyədə baş verən yanğında ölənlərin sayısı 70-i keçib

Bakı,AzerVoice

Türkiyədə oteldə baş verən yanğında ölənlərin sayının 78-ə yaralıların sayının isə 51-ə çatdığı bildirilib.

AzerVoice xəbər verir ki, yanğınla bağlı saxlanılan 14 nəfərdən aralarında otel sahibi Halit Ergül və şirkətin baş direktoru olmaqla 9 nəfər həbs edilib.

"İstintaq çərçivəsində ekspertizanın rəyi əsasında hər hansı təqsiri olan şübhəlilərin yenidən saxlanılacağını və saxlanılanların sayının artacağını eşitmişik. Bu məsələ ilə bağlı araşdırma hələ də davam edir. Bütün şübhəlilər ehtiyatsızlıqdan birdən çox adamın ölümünə səbəb olduqları üçün həbs edilib",- deyə Bolu Vəkillər Kollegiyasının sədri Sinan Barut bildirib.

Qeyd edək ki, sözügedən yanğın 21 Yanvar tarixində Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisənin yerli vaxtla saat 03:30 radələrində , təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığı bildirilib. Bölgəyə xilasetmə və yanğınsöndürən qurumları göndərilsə də, yanğının qarşısını tez bir zamanda almaq mümkün olmayıb və böyük itkiyə səbəb olub. Hazırda məhkəmə istintaqı prosesi davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice