Əsas səhifə » Türkiyə Suriya ilə ticarət əlaqələrində yeni yol xəritəsi qurur

Türkiyə Suriya ilə ticarət əlaqələrində yeni yol xəritəsi qurur

Bakı, AzerVoice

Türkiyə ilə Suriya arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində İki ölkə arasında aparılan danışıqlar nəticəsində, ticarət və gömrük sahələrində əhəmiyyətli razılaşmalar əldə edilib.

AzerVoice xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi yanvarın 23-də Dəməşqə səfər edən heyətin Suriya rəsmiləri ilə keçirdiyi görüşlərin nəticələrini açıqlayıb.

Görüşlərdə iqtisadi və ticari əlaqələrdə atılacaq addımlar, eləcə də gömrük məsələləri müzakirə edilib.

Razılaşmaya əsasən, Suriyanın bəzi məhsullar üzrə gömrük rüsumlarını 11 yanvar tarixindən etibarən yenidən qiymətləndirməsi qərara alınıb.

Türkiyə-Suriya Azad Ticarət Sazişinin yenidən qüvvəyə minməsi və daha əhatəli bir iqtisadi tərəfdaşlıq modelinin formalaşdırılması üçün danışıqlara başlanılması razılaşdırılıb.

Görüşlərdə Türkiyə şirkətlərinin Suriyanın yenidən qurulmasında və sənaye sahəsinin inkişafında aparıcı rol oynayacağı vurğulanıb. Bu prosesdə türk şirkətlərinin həm infrastruktur layihələrində, həm də iqtisadi inkişaf strategiyalarında əsas iştirakçı olacağı qeyd edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice