Bakı,
AzerVoice
Son illərdə istehsal etdiyi milli müdafiə sənayesi məhsulları ilə
Türkiyə həm yerli, həm də qlobal miqyasda uğurlara imza
atmaqdadır.
Belə ki, 2024-cü il Türkiyə müdafiə sənayesi üçün "qızıl dövr"
kimi yadda qalıb.
Türkiyənin müdafiə sənayesi ötən ildə dünya miqyasında müdafiə
ixracatçıları arasında 11-ci yerə yüksələrək, yerli məhsullar bir
çox ölkənin müdafiə arsenalında yer almağa başlayıb.
Hazırda KAAN milli döyüş təyyarəsi üçün prototip istehsal davam
edir.
ALTAY tankının seriyalı istehsalı planlaşdırılır və mühərriklərin
milli imkanlarla istehsalı üzərində iş aparılır.
GÖKBEY helikopteri və HÜRKUŞ təyyarəsi kimi milli hava
platformalarının ilk tədarükləri bu il həyata keçiriləcək.
Həmçinin, SELSAN-ın ASELFLIR-500 sistemi, 16 ölkəyə ixrac edilərək
beynəlxalq bazarda əhəmiyyətli yer tutub.
2024-cü ildə 1100-dən çox aktiv layihə və 3500-dən çox şirkətin
iştirakı ilə Türkiyə NATO layihələrində də rekord sayda iştirak
edib. Müdafiə sənayesindəki yerliləşdirmə göstəricisi isə 80%-i
keçib.
2025-ci ildə də müdafiə sənayesinin ixracat rəqəmlərinin iki
rəqəmli milyard dollarlara çatması hədəflənir.
Əlavə olaraq, Türkiyə Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən peyk rabitəsi sahəsində də mühüm addımlar atılır. Bu il ərzində GÖKTÜRK-2 əvəzedici peykinin sınaq işlərinə başlanacaq, həmçinin MİLKAR və MİLKED layihələri üzrə müqavilələr imzalanacaq.
Qeyd edək ki, Türkiyə istehsalı məhsullar xüsusilə Avropada böyük tələbat görür. Avropa ölkələri əsasən PUA-lar, ağıllı raketlər, quru nəqliyyat vasitələri, hərbi gəmilər və radar sistemləri ilə maraqlanır.