Əsas səhifə » İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 40-a yaxınlaşıb

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 40-a yaxınlaşıb

Bakı,AzerVoice

Son illər qiymətlərin və vergilərin artması ilə Türkiyədə saxta spirtli içkilərin istifadəsi nəticəsində ölüm hallarında artım müşahidə olunur.

AzerVoice xəbər verir ki, İstanbulda son beş gündə 37 nəfərin saxta spirtli içkilər səbəbindən həyatını itirdiyi, 47 nəfərin isə xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilib.

Xəstəxanaya yerləşdirilən 47 xəstədən 27-nin süni nəfəs aparatında müalicəsi davam edir. Xəstələrdən birinin müalicədən imtina etdiyi, ikisinin isə xəstəxanadan qaçdığı bildirilib.

Polisin ölümlərdən sonra keçirdiyi əməliyyatlar zamanı 29 ton saxta spirtli içki müsadirə edilib, 64 müəssisə bağlanıb. Saxlanılan 15 nəfərdən 4-ü “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib.

Saxta spirtli içki qəbul edən insanlar adətən 12-24 saat ərzində baş ağrısı, ürəkbulanma, görmə itkisi, huşunu itirmə kimi simptomlarla qarşılaşırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice