Əsas səhifə » Türkiyədə 23 şəhərdə FETÖ-yə qarşı əməliyyat keçirilib

Türkiyədə 23 şəhərdə FETÖ-yə qarşı əməliyyat keçirilib

Bakı,AzerVoice

Türkiyədə FETÖ-yə qarşı 23 şəhərdə keçirilən “CİPPLE-36” əməliyyatlarında 71 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

“Əməliyyatlar zamanı tutulan şübhəlilər təşkilatın mövcud strukturunda fəaliyyət göstərmək, sosial media hesabları vasitəsilə FETÖ təbliğatı aparmaq, cinayətlərindən axtarışda olublar",- deyə Yerlikaya bildirib.

Qeyd edilib ki, həyata keçirilən əməliyyatlar nəticəsində çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Yerlikaya paylaşımında millətin birliyini, Türkiyə Cümhuriyyətinin bütövlüyünü, vətəndaşların əmin-amanlığını və rifahını hədələyən FETÖ xainlərinə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice