43
Bakı, AzerVoice
Türkiyə Xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə telefonla danışıb.
AzerVoice xəbər verir ki, ikili telefon danışmasında Suriyadakı vəziyyət dəyərləndirilib.
Suriyanın terror təşkilatlarından təmizlənməsi, ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olmasının vacibliyi vurğulanıb.
Məlumat üçün bildirək ki, Suriyada 61 illik Baas rejimi ötən ilin 8 dekabr tarixində Hərbi Əməliyyatlar komandanlığı tərəfindən dervilib.