31
Bakı,
AzerVoice
Türkiyədə Muğlanın Fethiye rayonunda, 20-si uşaq olmaqla 59
qeyri-qanuni miqrant və 2 təşkilatçı Sahil Mühafizə Komandanlığının
əməliyyatı nəticəsində saxlanılıb.
AzerVoice xəbər verir ki, miqrantlar
lif gövdəli rezin qayıqla Yunanıstana keçməyə çalışarkən
aşkarlanıblar.
Hadisə yanvarın 20-də saat 19:40 radələrində baş verib. Şübhəli rezin qayıq pilotsuz uçuş aparatı (PUA) vasitəsilə müəyyən edilib.
Qeyri-qanuni miqrantlar Muğla İl İmmiqrasiya İdarəsinə təhvil verilib və təşkilatçıların hüquqi prosedurları başladılıb.