Əsas səhifə » Son bir həftədə 70-ə yaxın terrorçu zərərsizləşdirilib - Türkiyə MN

Son bir həftədə 70-ə yaxın terrorçu zərərsizləşdirilib - Türkiyə MN

Bakı, AzerVoice

Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, daxili və sərhədyanı əməliyyatlarla 69 terrorçu zərərsizləşdirilib.

AzerVoice xəbər verir ki, bu barədə Tükiyə Müdafiyə Nazirliyi məlumat verib.

Məlumata əsasən yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 221-ə yüksəlib ki, onlardan 64-ü Şimali İraqda, 157-si isə Suriyanın şimalındadır.

Məlumat üçün bildirək ki, Türkiyə Müdafiə Nazirliyi mətbuat konfransı keçirib.

Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində davamlı və hərtərəfli əməliyyatların həyata keçirdiyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice